Dünyada yeni növ koronavirus (COVID-19) diaqnozundan sonra sağalanların sayı 285 mini keçib.

Unikal.org “Worldometer” saytına istinadən məlumat verir ki, “COVID-19” olan ölkələrdə və bölgələrdə  indiyə kimi 286 min 877 nəfər virusa qalib gələrək sağalıb. 

Sağaldılan xəstələrin sayının ən yüksək olduğu Çində 77 min 167 insan virusa qalib gəlib. 

Çindən sonra ən çox koronavirusdan sağalan insanların sayına görə ölkələr İspaniya (40 min 437), Almaniya (36 min 81), İran (24 min 236), İtaliya (22 min 837), ABŞ (19 min 810) və Fransa (17 min 250) bildirilib.

Yoluxanların 10 mini keçdiyi digər ölkələrdə isə yaxşılaşan adam sayı sırasıyla İsveçrədə 8 min 56, Cənubi Koreyada 6 min 694, Belçikada 3 min 986, Kanadada 3 min 616, Avstriyada 3 min 463, Türkiyədə 326, Hollandiyada 250, Portuqaliyada 140, İngiltərədə 135, Braziliyada 127 qeyd olunub.