Cənubi Amerika ölkəsi  Braziliyada, son 24 saat ərzində yeni koronavirus (COVID-19) səbəbiylə 133 nəfər həyatını itirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, ölkədə virus nəticəsində ölənlərin sayı 800-ə, virusa yoluxanların sayı isə 2 min 210 nəfər artaraq 15 min 927-ə çatıb.

Əhalisi 210 milyona çatan Braziliya, Latın Amerikasında “COVID-19” epidemiyasından ən çox təsirlənən ölkədir.