ABŞ-da PBS televiziyasının qonağı olan Microsoft şirkətinin yaradıcısı, dünyanın ən zəngin iş adamı Bill Qeyts dünyada baş verən koronavirus pandemiyası ilə bağlı açıqlama verib. 

Unikal.org məlumat verir ki, açıqlamada Bill Qeyts, koronavirus vaksininin hazırlanıb istifadəyə verilməsinin ən az bir il vaxt aparacağını söyləyib.

Həmçinin də, “2021-ci ilə qədər həyat normala qayıdar” deyən Bill Qeyts pandemiyanın 2021- ci ilin payızına kimi bitəcəyini bildirib.