Gəncə şəhərində maraqlı hadisə baş verib. 

Unikal.org xəbər verir ki, oğurluq edən şəxs polisə müraciət edərək, başqa bir cinayət barədə şikayət verib.

Göygöl rayon sakini, 1995-ci il təvəllüdlü Elnur Zeynalov müraciəti zamanı bildirib ki, şəhərdə yerləşən marketlərdən birindən viski oğurlamağa cəhd edib. Bu zaman marketin əməkdaşları onu tutublar. 

O iddia edib ki, tanımadığı şəxs (və ya şəxslər) tərəfindən ayaq nahiyəsindən bıçaqlanıb. 

Onun kim tərəfindən bıçaqlandığı hələlik müəyyən edilməyib.

Hazırda faktla bağlı araşdırma aparılır.