Aprelin 17-də "qanuni oğru", Levan Suxumski kimi tanan Levan Abuladze Moskvanın "Vladimirski Sentral" həbsxanasından azadlığa çıxıb. 44 yaşlı "qanuni oğru" həbsxana qapısı bağlanan kimi onun Rusiya Federal Miqrasiya Xidmətinin və Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları qarşılayıblar.

Unikal.org “Musavat.com” istinadən xəbər verir ki, "Qanuni oğru"ya bildirilib ki, Rusiya daxili işlər nazirinin müavini, general-polkovnik Vançikin əmri ilə Rusiyaya ömürlük gəlməsi qadağan olub.

Bildirilib ki, bununla bağlı DİN generalı fevralın 19-da müvafiq əmr imzalayıb.

Bu qərardan sonra bu dəfə "qanuni oğru"ya Oktyabrskiy Rayon Məhkəməsinin qərarı oxunub. Qərarda bildirilir ki, o, iki ay müddətinə həbs edilir və miqrantlar üçün xüsusi təcridxanaya yerləşdiriləcək. Rusiyadan deportasiya olunanadək isə təcridxanada qalacaqdır.

yada salır ki, ötən il Rusiya prezidenti Vladimir Putin kriminal avtoritetlər üçün cəzaları sərtləşdirib.

Belə ki, kriminal ierarxiyaya mənsub olan ("qanuni oğru"lar) şəxslər 8 ildən 15 ilə qədər azadlıqdan məhrum ediləcək.

Həmçinin 5 milyon rubla qədər cərimə ödəyəcəklər. Bu səbəbdən kriminal aləmin bir çox tanınmış nümayəndələri üçün Rusiyada yaşamaq indi olduqca çətinləşib.

Artıq bəzi kriminal avtoritetlər Rusiyanı tərk edərək Yunanıstanda, İspaniyada, BƏƏ-də və Türkiyədə məskunlaşmağı üstün tuturlar. Həbsdə olanların isə azadlığa çıxandan dərhal sonra ölkəni tərk etmələri əsas şərtdir.