Müğənni Manaf Ağayev ikinci oğlu Müşviqi evləndirir.

Unikal.org xəbər verir ki, sənətçi bu haqda "Hüseynova bacıları" verilişində deyib. Ağayev toyun yaxın günlərdə olacağını söyləyib:

"Nişan olub. Hazırlaşmışdıq toya, qaldı... Oğlum özü seçib, mən də razılıq verdim. Böyük oğlum ayrı yaşayır. Bu da bizdən ayrı qalacaq".