Azərbaycanda 2020-ci ilin I rübü ərzində baş vermiş yanğın hadisələri nəticəsində 16 nəfər həlak olub.

Unikal.org xəbər verir ki, bu barədə FHN-nin yaydığı statistik məlumatda bildirilir.

Məlumata görə, təhqiqatı aparılmış yanğınların sayı 624 olub. Yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 37 nəfər isə xəsarət alıb.

Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 13 nəfər və ya 45 faiz, xəsarət alanlar üzrə isə 12 nəfər və ya 24 faiz azdır.

Yanğınların 485-i çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində baş verib. Açıq sahələrdə - 14, nəqliyyat vasitələrində 93, digər yanğınlar üzrə 32 yanğın qeydə alınıb.