“Pinin həyatı” kimi bir çox Hollivud filmində rol alan hind film ulduzu İrrfan Xan vəfat edib.

Unikal.org xəbər verir ki, uzun müddət neyroendokrin şişlə mübarizə aparan aktyor Xanın müalicə olunduğu xəstəxanada öldüyü açıqlanıb.

Aktyorun sözçüsü ölüm xəbərini təsdiqləyib.

Milyonçu və Yura Parkındakı rolları ilə tanınan Xan, dünən çərşənbə axşamı Mumbay Kokilaben Dhirubhai Ambani Xəstəxanasının reanimasiya şöbəsinə aparılıb.