Türkiyənin məşhur teleaparıcısı Esra Balamir aprelin əvvəlində yoluxduğu koronavirus pandemiyasına qalib gəlib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki,  tanınmış aparıcı sosial şəbəkə hesabından aprel ayının əvvəlində koronavirusa yoluxması barədə paylaşım edərək, sevənlərini qorxutmuşdu. Ev şəraitində karantində olan aparıcının üçüncü dəfə edilən koronavirus test nəticəsi mənfi çıxıb. 

Xəstəliyi zamanı tez-tez sosial şəbəkə hesabından təcrübələrini izləyiciləri ilə bölüşən Balamir, üçüncü dəfə edilən koronavirus testinin mənfi olduğunu söyləyib. Daha sonra Balamir, “Instagram”da, “Allaha şükür nəticə mənfi oldu. Bu müddətdə mənə maraq göstərən hər kəsdən Allah razı olsun” deyə paylaşım edərək, onun üçün dua edən izləyicilərinə təşəkkür edib.