Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.

Bu barədə Unikal.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1365 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 464 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.