Amerikalı aktyor Sem Lloyd 56 yaşında dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, hələ ötən ilin yanvar ayında onda xərçəng aşkarlanmışdı.

Qeyd edək ki, ilk növbədə, “Scrubs” serialından tanınan S.Lloyd həmçinin “Utanmazlar”, “Fədakar evdar qadınlar”, “Amerikan ailə”, “Saynfeld” seriallarında oynadığı rollarla məşhurdur. O, həmçinin istedadlı musiqiçi olub.