Bakıda evdən oğurluq edən şəxs tutulub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu ilin avqust ayında Biləcəri qəsəbəsindəki evlərin birindən 9 300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Həşimov saxlanılıb.