UFC çempionu Həbib Nurməhəmmədovun atası və eyni zamanda məşqçisi Əbdülmanap Nurməhəmmədov Moskva xəstəxanasına köçürülüb.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, mayın 3-də vəziyyəti pisləşən Ə.Nurməhəmmədovun müalicəsi Moskvada davam etdirilkəcək. 57 yaşlı məşqçinin hazırda ürək problemi olduğu bildirilir.

Xatırladaq ki, ötən ay koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən Əbdülmanap Nurməhəmmədova pnevmoniya diaqnozu qoyulmuşdu.