Koronavirus epidemiyasından səbəiylə görülən tədbirlərdən sonra TV8 kanalında yayımlanan “ Survivor 2020” çəkilişləri üçün Dominikan Respublikasında qalan Acun Ilıcalı, sosial şəbəkə hesabından son paylaşımı ilə gündəm yaradıb. 

Unikal.org xəbər verir ki, Acun Ilıcalı, özündən 30 yaş kiçik olan sevgilisi Ayça Çağla Altunkaya ilə birlikdə ilk dəfə olaraq sosial şəbəkə hesabından fotolarını paylaşıb.

Belə ki, çəkilişlər üçün vaxtlarını birlikdə keçirən Ayça və Acun Ilıcalnın pozaları qısa müddətdə sosial şəbəkədə  gündəmə gəlib. Fotonu görənlər  “Artıq sevgilərini gizlətməzlər” deyə  şərh ediblər.