İtaliyada son gün ərzində daha 242 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 31 610-a çatıb. Bildirilib ki, hal hazırda 72 070 aktiv koronavirus xəstəsi mövcuddur. 

İtaliyada ümumilikdə 223 885 nəfər koronavirusa yoluxub, onlardan 120 205-i sağalıb. Qeyd edək ki, yeni növ koronavirus (Covid-19) infeksiyası Çinin Uhan şəhərində meydana gəlib. Virus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunub.