Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib.

Unikal.org-un məlumatına görə, R.Manaflı bu barədə özünün “Facebook” hesabında yazıb.

O, bəyanatında istefanın səbəbi barədə açıqlama vermək istəmədiyini vurğulayıb.

Qeyd edək ki, mayın 14-də Milli Şuranın Koordinasiya Mərkəzinin digər üzvü Eldəniz Quliyev də istefa verib.