Hindistanın şimalındakı Uttar Pradeş ştatında evlərinə qayıdan işçiləri aparan iki yük maşınının toqquşması nəticəsində azı 24 nəfər ölüb.

Unikal.org-un  məlumatına görə, yük maşınlarından biri yol kənarında dayanan maşına çırpılıb.

Hadisə, işçilərin böyük əksəriyyətinin  Qərbi Benqal ştatına qayıdarkən baş verib. 

Qeyd edək ki, Hinidistanda martın 24-dən etibarən karantin rejimi elan olunub.

Bununla əlaqədar iş yerlərini itirən miqrant işçilər kütləvi şəkildə öz yaşadıqları bölgələrə qayıdır. Bu müddət ərzində iki iri qəza nəticəsində onlarla miqrant həlak olub.

Bu həftənin əvvəlində 6 miqrant avtobusun altında qalaraq ölüb. Mayın 8-də isə qatar dəmir yolunda istirahət edən 16 miqrantın üstündən keçmişdi.