ABŞ-ın Nyu-York ştatında son sutka ərzində 157 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, ştatda ümumilikdə xəstəxanaya yerləşdirilənlərin sayı azalmağa davam edir. Get-gedə daha az insan süni tənəffüs aparatına ehtiyac duyur. Bildirilib ki, cümə günü cəmi 400 nəfər xəstəxanaya müraciət edib. Ağır günlərdə isə bu rəqəm 3000-dən çox olurdu.

Ştatda ümumilikdə 22 304 nəfər koronavirusa yoluxma nəticəsində dünyasını dəyişib.