ABŞ-da son sutka ərzində daha 1 068 nəfər koronavirusdan ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 92 064-ə çatıb. Eyni zamanda son gün ərzində 22 996 yeni yoluxma faktı aşkarlanıb.

Beləliklə, ABŞ-da virusa yoluxanların sayı 1 552 140-a yüksəlib.