ABŞ-da dovşanlar arasında yeni ölümcül virus yayılmağa başlayıb.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. "RHDV-2" olaraq adlandırılan bu virus həm vəhşi, həm də ev dovşanlarında aşkarlanır.

Virusun Texas, Arizona, Kaliforniya və Kolorado ştatlarında yayılmağa başladığı bildirilib. Qeyd edək ki, "RHDV" ilk dəfə 1984-cü ildə Çində meydana gəlib.