“Xalam qızı ərəblə ailəlidir. Dubayda yerli bir ərəbə ərə gedib. O da Dubayın şeyxi yox, kasıbıdır".

Unikal.org xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva ARB TV-də yayımlanan “Söhbət var” axşam şousunda qonaq olarkən deyib. Sənətçi xalası qızı ilə bağlı yarıciddi, yarızarafat açıqlamalar verib:

"Özümü tanıyandan xalam qızını anamla axtarmışıq. Dinamik, enerjili qız idi. Bir gün rəfiqəsi ilə Dubaya gəzməyə getdi. Bir həftəlik getmişdi, qayıtmadı. Anam yığdı ki, harada qaldın? Bir-iki ay keçdi, zəng etdi ki, ərə getmişəm. İndi qapanıb, uşağı olacaq. O, açıq geyinən qızdan əsər-əlamət qalmayıb”.