Qərbi Afrika ölkəsi olan Nigeriyada koronavirusa yoluxanların sayı artıb.

Unikal.org xəbər verir ki, artıq ölkədə sözü gedən virusa yoluxanların sayı son gün ərzində 229 nəfər artaraq 8 068-ə çatıb. Ümumilikdə 233 nəfər isə pandemiyanın qurbanı olub.

Xatırladaq ki, "Covid-19" Çinin Uhan şəhərində meydana gəlib. Virus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunub.