ABŞ-da son sutka ərzində daha 1 511 nəfər koronavirusdan ölüb.

Unikal.org "Worldometer"ə istinadən xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 102 197-ə çatıb. Eyni zamanda son gün ərzində 18 817 yeni yoluxma faktı aşkarlanıb.

Beləliklə, ABŞ-da "Covid-19"a yoluxanların sayı 1 747 781-ə yüksəlib. Qeyd edək ki, bu dünya üzrə rekord rəqəmdir.