Rusiyada son sutka ərzində daha 8952 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, bu ölkədə COVID-19-a yoluxanların sayı 396 575 nəfərə çatıb. Son sutka ərzində 181 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 4555 nəfərə çatıb. Xəstəlikdən sağalanların sayı 167 469 nəfərdir.