Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan "Vətən" adlı siyasi partiya yaradıb.

Unikal.org  "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Artur Vanetsyan bir müddət öncə əvvəlki hökumətin bəzi nümayəndələri ilə birlikdə təhsil məsələləri, vətəndaşlara hüquqi məsləhətlər vermək üçün "Vətən" fondunu təsis edib.

Fond sonradan siyasi partiyaya çevrilib. Sabiq MTX rəhbəri bildirib ki, rəhbəri olduğu partiya indiki hakimiyyətə müxalif mövqedə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Artur Vanetsyan 2019-cu ilin sentyabr ayında vəzifəsindən azad olunub. O, mütəmadi olaraq Baş nazir Nikol Paşinyanın siyasətini sərt tənqid edir. Hesab edir ki, ölkədə yeni anti-böhran hökumətinin yaradılması zəruridir.