“Sərnişinlərimiz əmin ola bilər ki, səfər ərəfəsində onların təhlükəsizliklərinin təminatı üçün tədbirlər görülüb”.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki,  bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu deyib.

O bildirib ki, Türk Hava Yolları (THY) yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar uçuşlarını dayandırdıqdan sonra bu gün ilk dəfə İstanbuldan Ankaraya aviareys təşkil edilib.

Həmçinin də, A.Karaismayıloğlu 6 hava limanına “Pandemiya tədbirləri və sertifikatlaşdırma” sənədi verildiyini qeyd edib.