Azərbaycanda koronavirusla bağlı 2 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 6968 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 309 901-ə çatıb.

Hazırda reanimasiyada olan xəstə sayı 95, süni tənəffüs cihazında olan xəstə sayı 14-dür.

Azərbaycanda bu günədək 5935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən ediib, onlardan 3564 nəfər müalicə olunaraq sağalıb, 71 nəfər vəfat edib, 2300 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.