Sumqayıt Telekommunikasiya Qovşağının (STQ) beş əməkdaşı koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, qurumun koronavirus aşkarlanan əməkdaşlarının çalışdığı şöbənin fəaliyyəti dayandırılıb və orada çalışan digər işçilər də karantinə alınıb. 

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovun da sosial izolyasiya olunduğu qeyd olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat katibi Günel Gözəlova bildirib ki, "Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının Kommersiya şöbəsinin bir əməkdaşı koronavirus infeksiyasına yoluxma şübhəsi ilə karantinə alınıb: "Həmin əməkdaşla təmasda olmuş şəxslərin ilkin yoxlanılması zamanı daha dörd nəfərdə test nəticələri pozitiv olub”.(xeberle.com)