"Xüsusi rejimli xəstəxanalarda 5000-dən çox çarpayı var. Modul tipli xəstəxanalarda 2000-ə qədər çarpayı fondu olacaq".

Unikal.org  xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu gün 2500 aktiv xəstə var: "Amma xəstələrin böyük əksəriyyəti Bakıda və narıncı əraziyə düşən yerlərdəki xəstəxanalarda yerləşdiyi üçün lokalizasiyaya düşən tibb müəssisələrinin yükü artır”.