Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Nobel prospekti qeydə alınıb.

Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Tofiq Mütəllimov İdarə etdiyi BMW markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb.

Hadisə nəticəsində özü və sərnişini, 2004-cü il təvəllüdlü Mirişli Qəhrəman Tərlan oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, sürücü xəstəxanada ölüb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.