Bu il Çempionlar Liqasının finalı İstanbulda keçirilməyəcək.

Unikal.org Türkiyənin "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası isə UEFA arasında yekun danışıqların nəticəsinə əsasən, bu il ÇL-in finalı İstanbulda olmayacaq.

Ancaq 2021-ci ildə turnirin həlledici matçının  Türkiyənin paytaxtında keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Bildirilib ki, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir Çempionlar Liqasının həlledici matçının boş tribunalar önündə yox, azarkeşlərlə keçirilməsinə istəyir. Bu səbəbdən yeni qərarla İstanbul gələn il turniri azarkeşlərin iştirakı ilə keçirə biləcək.

Qərarın iyunun 17-i UEFA-nın iclasında rəsmən açıqlanacağı gözlənilir.

Xatırladaq ki, UEFA-nın Türkiyədə koronavirus pandemiyasının sabitləşməyəcəyindən və təşkilatçıların insanların təhlükəsizliyini təmin edə bilməyəcəyindən  narahat olduğu üçün turnirin builki finalının başqa şəhərdə keçirmək istədiyi xəbərləri yayılıb. Turnirin Lissabon və ya Berlində keçiriləcəyi biləcəyi iddia olunub.