Bu gün İtaliyanın Turin şəhərində futbol üzrə ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində “Yuventus”la “Milan” arasında cavab görüşü keçiriləcək.

Unikal.org-un məlumatına görə, bu matç martın 10-dan sonra İtaliyada baş tutacaq ilk futbol matçı olacaq. Komandalar arasında ilk görüş 1-1 hesabı ilə başa çatmışdı.

Yarımfinalın digər görüşü sabah Neapolda “Napoli” və “İnter” arasında keçiriləcək. Qeyd edək ki, İtaliyada koronavirus pandemiyası ilə əlaqədar bütün idman tədbirləri mart ayında dayandırılmışdı.

Öz növbəsində İtaliya A seriyasının isə iyunun 20-də start götürməsi nəzərdə tutulur.