İyunun 15-də Gəncə stansiyasından 47 kilometr şimalda, Samux ərazisində 3 bal gücündə zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:47-də qeydə alınıb.

Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.