Bakı şəhərinin Xətai rayonunda hər mərtəbəsi 1500 m² olan ikimərtəbəli şadlıq evinin dam örtüyü və damına çəkilən şüşə-pambıq üzlük 50 m² sahədə yanıb.

Unikal.org  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.