Ağsu rayonunda Ağsu aşırımı adlanan ərazidə baş verən yanğın söndürülüb.

Bu barədə Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.

Qeyd edək ki, Ağsu aşırımında yanğın ötən gün başlamışdı. Belə ki, iyunun 16-da FHN-in "112" qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib.