Yevlax rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Malbinəsi kəndindəki körpünün üzərində qeydə alınıb.

"Pikap" tipli "Ford" markalı kiçik tutumlu yük avtomobillərinin toqquşması nəticəsində 2 nəfər, Yevlax rayon sakinləri - 1961-ci il təvəllüdlü Rövşən Vəliyev və 1996-cı il təvəllüdlü Xəyal Məmmədov xəsarət alıb. Onların hər ikisi xəstəxanaya aparılıb.

Qəza nəticəsində daha 2 nəfərə hadisə yerində ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.