Sumqayıtda məktəbdə oğurluq hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 16-da şəhər ərazisində yerləşən tam orta məktəblərin birindən televizor, noutbuk, 2 ədəd proyektor, mobil telefon, 2 ədəd modem, televizor altlığı, müşahidə kamerasının yaddaş kartı, 3 ədəd mikrofon və mühafizə xidmətinin çağırış siqnal aparatını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş K.Səfərəliyev saxlanılıb.