Türkiyənin "Akhisarspor" futbol klubunun baş məşqçisi Yılmaz Vural koronavirusa yoluxub. 

Unikal.org I Liqa təmsilçisinin saytına istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssislə yanaşı, komandanın daha 10 üzvünün testinin nəticələri pozitiv çıxıb.

Onlardan üçü futbolçudur.

Qeyd edək ki, pandemiya səbəbindən yarımçıq dayandırılan Türkiyə I Liqası bu gün bərpa olunacaq.