Tovuz rayonunun Xatınlı kəndində 2 nəfər yanıq xəsarətləri alıb. 

Unikal.org xəbər verir ki, onların hər ikisi xəstəxanaya yerləşdirilib, birinin vəziyyətinin ağır olduğu bildirilir. 

Hadisənin təfərrüatı və yanıq xəsarətləri alanların şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.