Amerika Milli Basketbol Assosiasiyasında (NBA) 3 oyunçuda koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, “İndiana Pasers” klubunun basketbolçusu Malkolm Broqdon və “Sakramento Kinq”un üzvləri Aleks Lenlə Cabari Parker koronavirusa yoluxub. Bu barədə NBA-nın rəsmi saytı məlumat yayıb.

Hər üç oyunçu karantinə alınıb.

Koronavirus səbəbiylə dayandırılan NBA iyulun 31-də bərpa ediləcək.