Göyçay rayonunun Çayarxı kəndində yanğın baş verib.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 336 m2 olan ikimərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar 146 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.