Hindistanın Qucarat əyalətinin Vadodara şəhərində dəhşətli yol qəzası baş verib.  

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, keçiddən keçməyə çalışan motosikleti  sürətlə gələn qatar vurub.  Sürücü hadisə yerindəcə ölüb. 

Qəza təhlükəsizlik kameralarına anbaan əks olunub.  Qəzada, keçid baryerləri bağlansa da, sürücünün küçədən keçməyə çalışdığı və qatarın motosikletə dəydiyi görülür.

Səlahiyyətlilər qaydalara əməl etmədikləri üçün dəmir yollarında hər gün belə qəzaların baş verdiyini deyərək, vətəndaşları qaydalara əməl etməyə çağırıblar.