COVİD xəstəxanasındakı tullantılar xüsusi maşınlarla daşınır.

Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB)Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva qeyd edib ki, bu məsələyə gündəlik nəzarət edilir:

"Cəlilabad xəstəxanasında tullantıların həyətə toplanmasına gəlincə isə bu iş yükünün çoxluğu ilə bağlı olub. Həmin ərazi tullantılar üçün nəzərdə tutulub. İş yükündən həmin ərazidə tullantılar yığılıb. Bu məsələ nəzarətə götürülüb və bir də bu hallara yol verilməyəcək".