ABŞ-da təlim uçuşu həyata keçirən F-16 təyyarəsi qəzaya uğrayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarə ABŞ-ın Cənubi Karolina ştatının “Shaw” aviabazasından havaya qalxıb.

Pilotun vəziyyəti ilə bağlı hələlik informasiya yoxdur. Hadisənin baş vermə səbəbi araşdırılır.