Afrika qitəsində yeni növ koronavirusa yoluxanların sayı 430 min 602 nəfərə çatıb, 10 mindən çox ölüm faktı qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional nümayəndəliyi məlumat yayıb.

Yoluxma daha çox Cənubi Afrika (168 061) və Misirdə (71 299) aşkar edilib. Ən çox ölüm halı Misir (3120), Cənubi Afrika (2844) və Əlcəzairdə (928) olub.