İyulun 5-i ləğv olunan bir qrup onlayn satış mağazasının işçilərinin icazəsi yenidən bərpa olunub.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı “Əli və Nino” kitab evinin rəhbəri Nigar Köçərli yayıb.

O, qeyd edib ki, dünən gecə saatlarında onun əməkdaşları ilə yanaşı, xeyli digər işçiyə də onlayn işləmək izni yenidən verilib. Belə ki, artıq bu gündən icazə verilənlər çatdırılmaları edə biləcəklər.