Qərbi Afrika ölkəsi Nigeriyada  qızıl mədənin torpaq çökməsi nəticəsində  7 işçi həyatını itirib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə ölkənin  Makurdi bölgəsindəki qanunsuz fəaliyyət göstərən  qızıl mədənində baş verib.  

Hadisə yerinə polis və aidiyyatı qurumlar cəlb edilib.  İlkin axtarış-xilasetmə işlərində 7 mədənçinin cəsədinin dağıntıdan çıxarılıb. 

Qeyd edək ki, Nigeriyada 10 minə yaxın mədənçinin qeyri-qanuni şəkildə mədənlərdə işlədiyi iddia edilib.

Ölkədə davam edən qanunsuz mədən işləri həm təbiətə ziyan vurur, həm də mədənlərdə çökməyə səbəb olur.