Gədəbəy rayonunda 32 yaşlı şəxs əmisini öldürüb, onun arvadını yaralayıb. 

Unikal.org xəbər verir ki, hadisə rayonun Qurudərə kəndində baş verib. 

Kənd sakini, 1988-ci il təvəllüdlü İsgəndərov Arzu İsmyaıl oğlu ailə münaqişəsi zəminində əmisi, 1957-ci il təvəllüdlü İsgəndərov Oruc Abbas oğluna 5 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Daha sonra əmisinin arvadı, 1959-cu il təvəllüdlü  İsgəndərova Sənubər Hüseyin qızına bir neçə bıçaq zərbəsi vuraraq ağır xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.