Ukraynada telekanalların birində proqram aparıcısı  bədbəxt hadisə ilə qarşılaşıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  xəbər təqdim edən aparıcı  Maricka Padolkonun canlı yayım zamanı protez dişi yerindən çıxıb. 

Bu zaman Padolka cəld davranaraq, dişini əlinə alıb və xəbəri heç nə olmamış kimi təqdim etməyə davam edib. 

Belə ki, hər kəsdə təbəssüm yaradan bu hadisə Ukrayna sosial mediasında gündəmə səbəb olub.