Dünyada 13 696 738 nəfərdə koronavirus aşkar edilib.

Unikal.org xəbər verir ki, virusa yoluxanlardan 586 885-i ölüb, 8 155 561-i sağalıb.

Koronavirusdan yoluxmanın (3 616 747) və ölümün (140 140 nəfər) ən çox müşahidə edildiyi dövlət ABŞ-dır. İkinci yerdə 1 970 909 yoluxma və 75 523 ölüm sayı ilə Braziliya gəlir.

Azərbaycanda koronavirusun aşkar edildiyi 25 672 nəfərdən 326-sı həyatını itirib, 16 695-i sağalıb.